17 Noyabr 2024
Kateqoriyasız

“Qarabağ” və “Sabah” qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son iki oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, bununla da ölkə çempionatında I dövrəyə yekun vurulub.

Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında oynanılıb. Görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə sona çatıb.

Turun sonuncu oyununda “Sabah”  “Kəpəz”i qəbul edib. Meydan sahibləri qarşılaşmada böyükhesablı qələbə qazanıb – 5:0.

9 oktyabr (bazar)

17:00. “Qəbələ” – “Qarabağ” 0:1

Qol: Filip Ozobiç, 58
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu, 17:00

19:30. “Sabah” – “Kəpəz” 5:0

Qollar: Coy Lens Mikels, 22, Aleksey Kaşuk, 39, Anatoli Nuriyev, 42, Aleksey Kaşuk, 52, Namik Ələskərov, 82
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43