29 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ” Qəbələdə məşqə çıxdı

Azərbaycan Premyer Liqasının 32-ci turunda sabah “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” oyunun hazırlaqlarını başa vurub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubunun matç öncəsi sonuncu məşqi bu gün saat 19:00-da başlayıb və 1 saat davam edib. Məşq qarşılaşmanın oynanılacağı Qəbələ şəhər stadionunda keçirilib.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu sabah saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43