Kateqoriyasız

“Qarabağ” “Sevilya”ya uduzdu

Avropa Liqasınln qrup mərhələsi çərçivəsində ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” ilk oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi komanda doğma azarkeşləri önündə İspaniya La Liqasının lideri, bu turnirin əsas favoritlərindən biri “Sevilya”nı qonaq edib.

Respublika stadionunda keçirilən qarşılaşmada ilk hissədə hesab açılmayıb. İkinci yarıya daha basqılı başlayan Əndəlüs klubu 3 dəfə Ağdam təmsilçisinin torunu silkələyib.

19 sentyabr

Avropa Liqası

A qrupu

20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) – 0:3
Qollar: Çiçarito, 62, Munir, 78, Torres, 85
Hakimlər: Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” yeni transferini açıqladı – VİDEO

admin

Hollandiya finalda!

admin

Zəfər Kubokunun bütün iştirakçıları və püşkatma tarixi müəyyənləşdi

admin