28 Noyabr 2024
Dünya futbolu

“Qarabağ” Qvardiolanın “Mançester Siti”si kimi çıxış edir” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin futbolçusu Kenni Sayef “Qarabağ” – “Gent” oyunu barədə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, “Nieuwsblad” nəşrinə danışan amerikalı oyunçu Ağdam təmsilçisi barədə xoş sözlər söyləyib. O, “köhlən atlar”ın kifayət qədər güclü komanda olduğunu bildirib:

“Qarabağ” öz meydanında son iki mövsümdə cəmi bir dəfə “Marsel”ə məğlub olub. Onların böyük gücü oyunçular arasındakı əlaqədir. Bir-birlərini mükəmməl tanıyırlar, çünki illərdir bir yerdə oynayırlar. “Qarabağ”ı bəzən “Qafqazın Barselonası” adlandırırlar.

Məşqçi Qurban Qurbanov komandaya Kataloniya klubunun məşhur “tiki-taka” sistemini tətbiq edir. Onlar kollektiv şəkildə gözəl və baxımlı oyun sərgiləyirlər. “Gent” daim diqqətli olmalıdır. “Qarabağ” həqiqətən güclüdür. Arxada dörd müdafiəçi ilə olur. Ancaq hücuma çıxdıqda cinah oyunçuları irəlidə komandaya dəstək verirlər. Onlar hazırda Pep Qvardiolanın “Mançester Siti”si kimi çıxış edirlər”.

Sayef Ağdam təmsilçisinin daxili çempionatda da rəqibsiz olduğunu sözlərinə əlavə edib:

“Qarabağ” son 9 mövsümdə 8 dəfə çempion olub. Azərbaycanda belə komandalar çox deyil. Baxmayaraq ki, buradakı futbolçular da yaxşı qazanırlar. İlə təxminən 600-700 min avro maaş alanlar var. Ancaq yenə də “Qarabağ” rəqabətdə hamını üstələyir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43