28 Yanvar 2023
Kateqoriyasız

“Qarabağ” “Real” və “Bavariya” ilə eyni siyahıda – FOTO

Bu mövsüm avrokubokların qrup mərhələsində (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) ən az qol buraxan komandalar məlum olub.

İdmanxeber.az xəbər verir ki, Çempionlar Liqasında “Brügge” (Belçika), Konfrans Liqasında isə “Başakşehir” (Türkiyə) qapısını toxunulmaz saxlamağı bacarıb.

Avropa Liqasında mübarizə aparan “Qarabağ” da ilk “10-luq”da yer alıb. Ağdam təmsilçisi qrup mərhələsində keçirdiyi 4 matçda 2 qol buraxıb.

“Qarabağ”la eyni qrupda yer alan “Frayburq” da siyahıda var. Almaniya klubu 4 görüşdə qapısında 1 top görüb. Həmin qolu da 1-ci turda “Qarabağ” vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Ordumuz daha bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi

admin

“Qarabağ” və “Real” bunu bacardı

admin

AFFA-dan UEFA Gənclər Liqası ilə bağlı açıqlama

admin