"Qarabağ"ın "Zalsburq"la oyunu üçün satışa çıxarılan biletlərini 50%-dən çoxu satılıb. Əslində bu Azərbaycan reallıqı üçün çaşdırıcı rəqəmdi. Çünki azarkeşlərimiz heç vaxt oyuna 3-4 gün qalmış bilet almırlar. Təbii ki, istisnalar xaric… Lakin bu dəfə ümumi mənzərə başqadı. "Qara bazar" işə düşüb və bu özbaşınalıq baş alıb gedir.
Yeni bir hadisə olmasa da azarkeşlərimizin qitənin ən nüfuzlu klub turnirində "Qarabağ"a dəstək olması üçün biletləri bitirəcəyi bəllidi. Ancaq oyundan öncə deyil, oyuna saatlar qalmış… Yaranmış izdihamdan isə sui istifadə edənlər var..
Bu gün əməkdaşımız matçın keçiriləcəyi Tofiq Bəhrəmov adına Respublika stadionunun kassaları önündə var olan "qara bazar"dakı qiymətlərlə tanış olub. 1 manatlıq biletləri 3, 2 manatlıq biletlər isə 5 manata satılır. Və demək olar ki, satışa çıxarılan 1 manatlıq biletlər qalmayıb. Qısacası büdcəsi az olan hər hansı bir futbolsevər 1 manata alacağını düşündüyü bileti artıq 3 manatdan ucuz ala bilməz.
Düzdü bu məsələdə "Qarabağ" klubunun edə biləcəyi çox iş yoxdu. Lakin Ağdam təmsilçisinin rəhbərliyi hüquq muhafizə orqanlarına ciddi şəkildə tapşırıq versə və sonuncular da bu məsələyə daha ciddi yanaşsalar o zaman bu biabırçı durumla qarşılaşmarıq.
idmanxeber.com