“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la keçirilən ilk oyununun (2:1) hakimliyi ilə bağlı UEFA-ya şikayət edəcək.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu ukraynalı hakim Sergey Boykonun 86-cı dəqiqədə Reyunaldoya haqsız yerə göstərdiyi qırmızı vərəqəyə görə, ali quruma müraciət edəcək.
Qeyd edək ki, UEFA-nın apellyasiya komitəsi “Qarabağ”ın şikayətinə komandalar arasında cavab qarşılaşmasına 24 saat qalmışa qədər qərar verməlidir.