UEFA Avropa Liqasının VII turunda keçiriləcək “Qarabağ” – FKSB görüşünün favoriti açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, bukmeker konturları təmsilçimizi bu matçda rəqibindən üstün görüblər. Belə ki, futbol biliciləri Ağdam klubunun qələbəsinə 2,36, Rumıniya təmsilçisinin qalibiyyətinə isə 3,5 əmsal təyin edilib.
Görüşün heç-heçə bitmə ehtimalı 3,26 olaraq dəyərləndirilib.
Xatırladaq ki, “Qarabağ” – FKSB görüşü sabah saat 21:45-də start götürəcək.