Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 3-cü yoxlama oyununa çıxlb
İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi komanda Rusiyanın “Ufa” klubu ilə qarşılaşıb. İlk iki görüşdən fərqli olaraq Ağdam klubu bu dəfə qələbə qazanıb.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub, ardından Rumıniyanın “Krayova” klubu ilə heç-heçə edib.
28 iyun
19:00. “Qarabağ” – “Ufa” (Rusiya) – 2:1
Qollar: Zubir, 54 (1:0), Miçel, 62 (2:0), Bizyak, 76-pen (2:1)