Qış hazırlığını Türkiyədə davam etdirən "Qarabağ"ın düşərgəsinə yeni futbolçu qoşulub.
İdmanxeber.com-un məlumatına görə, bu, Rusiyanın ikinci liqa təmsilçisi "Qazprom Transqaz"ın yarımmüdafiəçisi Fərhad Qıstarovdur. Ağdam klubunda baxışdan keçən futbolçu ilə bağlı yekun qərarı baş məşqçi Qurban Qurbanov verəcək.