09 Avqust 2022
Kateqoriyasız

“Qarabağ” – “Səbail” oyunu 5 manata

Azərbaycan Premyer Liqasının I turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri sabah – avqustun 6-da satışa çıxarılacaq.

İdmanxeber.az xəbər verir ki, bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və “Azersun Arena”nın kassalarından ala bilərsiniz.

Matç saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

AFFA-nın müraciətinə müsbət cavab – Tofiq Bəhrəmovla bağlı

admin

“Ştutqart” Ailtonu niyə “Qarabağ”a icarəyə verib? – Açıqlama

admin

“Birinci olmaq istəyirik, ancaq…” – Qurban Qurbanov

admin