06 Fevral 2025
Ölkə futbolu

“Qarabağ” “Səbail”i məğlub etdi – YENİLƏNİB 

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, günün ikinci matçında “Qarabağ” “Səbail”in qonağı olub. Qarşılaşma Ağdam klubunun qələbəsilə başa çatıb – 1:0.

Bu komandalar arasında cavab görüşü fevralın 27-də oynanılacaq.

Azərbaycan kuboku

1/4 finalın ilk oyunları

6 fevral (cümə axşamı) 

18:30. “Səbail” – “Qarabağ” 0:1

Qol: Yassin Benzia, 35 

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov, Rauf Allahverdiyev (VAR), Kamran Bayramov (AVAR)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43