Kateqoriyasız

“Qarabağ” səfəri öncəsi şotlandları narahat edən məqam

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Şotlandiyanın “Aberdin” klubu Bakı səfəri öncəsi narahatdı.

İdmanxeber.az-ın “Dailyrecord”a istinadən verdiyi məlumata görə, şotlandlar “Qarabağ” səfərini olduqca çətin olduğunu bildirirlər. Təkcə Ağdam klubunun gücünü deyil, Bakıdakı istilər və Tofiq Bəhrəmov adına Respublika stadionunun qazonunun normal olmaması “Aberdin” tərəfini narahatçılığına səbəb olub.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 19-da Bakıda, cavab görüşü isə avqustun 26-da Aberdində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43