08 Yanvar 2025
Ölkə futbolu

“Qarabağ” sabah başlayır

“Qarabağ” klubu sabahdan məşqlərə başlayacaq.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Premyer Liqanın ilk dövrəsinin son turunda “Bakı”yla baş tutan qarşılaşmadan sonra baş məşqçi Qurban Qurbanov milli komanda oyunları ilə əlaqədar yaranmış fasiləyə görə futbolçulara 3 günlük istirahət imkanı yaratmışdı. Ağdam təmsilçisi sabah yenidən yığışaraq məşqlərə başlayacaq. Qeyd edək ki, əsas millimizə 5, Albaniyaya 2, Gürcüstan millisinə 1 futbolçu göndərən komandaya digər legionerlər bu gecə qoşulacaq.

Xatırladaq  ki, “Qarabağ” oktyabrın 20-də baş tutacaq X turda “Sumqayıt”ın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43