Premyer Liqanın XXIV turu çərçivəsində keçiriləcək “Sabah” ilə oyunun biletləri bu gün saat 19:00-dan etibarən satışda olacaq.
İdmanxeber.az-ın məlumatına görə, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün saat 19:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq. Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.