Ölkə futbolu

“Qarabağ” “Sabah”la heç-heçə etdi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”la üz-üzə gəlib. Dramatik keçən görüşdə qalib müəyyən olunmayıb – 3:3

Bu turun “Kəpəz” – “Səbail” oyunu sabah, “Turan Tovuz” – “Qəbələ”, “Zirə” – “Sumqayıt” və “Araz-Naxçıvan” –“Neftçi” görüşləri fevralın 13-də keçiriləcək.

Misli Premyer Liqası

“Qarabağ” – “Sabah” 3:3

Qollar: 31 Marko Yankoviç, 64 Juninyo, 90+7 Benzia – 45+1,54 İshak Belfodil, 90+5 Tellur Mütəllimov

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43