Misli Premyer Liqasında 24-cü turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, günün ikinci matçında – turun mərkəzi qarşılaşmasında “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1.
Hazırda Ağdam klubu 57 xalla çempionatın vahid lideridir. “Sabah” isə 33 xalla beşinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası, XXIV tur
22 fevral (şənbə)
19:00. “Qarabağ” – “Sabah” 1:1
Qollar: Abdullah Zubir, 17 (1:0), Cesse Sekidika, 35 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tofiq Bəhramov adına Respublika Stadionu