Premyer Liqa

“Qarabağ”dan darmadağın, “Sabah” “Qəbələ”yə qalib gəldi – Yenilənib

Bu gün Misli Premyer Liqasında XII tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk oyununda “Qarabağ” səfərdə  “Şamaxı” ilə qarşılaşdı. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə sona çatıb.

“Qəbələ” isə “Sabah”ın qonağı olub. Matçda ev sahibi komanda qələbə qazanıb – 2:1.

30 oktyabr (bazar)

“Şamaxı” – “Qarabağ” 0:4

Qol: Musa Qurbanlı, 51, 90+3, Elvin Cəfərquliyev, 56, Cəlal Hüseynov, 90+5 (avtoqol)

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu, 15:00

“Sabah” – “Qəbələ” 2:1

Qol: Aleksey Kaşuk, 63, Davit Volkov, 90+3 – İsnik Alimi, 5

Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
​“Bank Respublika Arena”, 18:30


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43