Dünya futbolu

“Qarabağ” – “Samtredia” matçının biletləri nə vaxt satışa çıxarılır?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – "Samtredia" (Gürcüstan) matçının biletləri iyulun 7-dən etibarən satışa çıxarılacaq.

İdmanxeber.com-un məlumatına görə, biletlərin qiyməti sektorlardan asılı olaraq, 1, 2 və 5 AZN arasında dəyişəcək. VİP biletlər isə 30 AZN dəyərindədir.

Biletlər Respublika stadionunun kassalarında satışa çıxarılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43