Bu gün UEFA Çempionlar Liqasının III təsnifta mərəhləsinin cavab görüşləri çərçivəsində "Qarabağ" "Seltik"i qonaq edəcək.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu pley-off uğurunda matçda Şotlandiya nəhəngini iki cavabsız qolla məğlub edəcəyi təqdirdə tur adlaya bilər.
Qlazqoda baş tutan ilk oyunda "Seltik"ə 0:1 hesabı ilə məğlub olan Qurban Qurbanovun yetirmələrinin buraxacağı qol isə işi daha da çətinləşdirə bilər. Belə ki, "Seltik" Bakıda qol vursa o zaman "Qarabağ" rəqibini ən azı iki toplu fərqlə məğlub edərək mərhələ adlaya bilər.
“Qarabağ” mərhələ adlamaqla futbolumuzda yeni tarix yaza bilər. İndiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsində oynamayıb.
5 avqust
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları
21:30.”Qarabağ” (Azərbaycan) – “Seltik” (Şotlandiya) 0:0
(ilk oyun 0:1)
Hakimlər: Martin Strömberqsson, Daniel Qustavsson, Stefan Hallberq (İsveç)
Bakı. Tofiq Bəhramov adına respublika stadionu