Kateqoriyasız

“Qarabağ” – “Sent Etyen” oyununa nə qədər bilet satılıb?

Avroliqanın qrup mərhələsində “Sent Etyen”i qəbul edəcək “Qarabağ”ın oyununa bilet satışı davam edir.

İdmanxeber.com-un klubun mətbuat xidmətindən aldığı məlumatına görə, azərkeşlər arasında oyuna maraq çox böyükdür. Matç üçün artıq 10 min bilet satılıb və oyun gününə kimi bütün biletlərin satılacağı gözlənilir.

Qeyd edək ki, “Qarabağ” – “Sent Etyen” görüşü 18 sentyabr Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43