Türkiyənin İzmir şəhərində “İzmir Cup – 2023” beynəlxalq turnirinin qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
İdmanxeber.az xəbər verir ki, E qrupunda qərarlaşan “Qarabağ”ın U-12 komandası 3-cü turda Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşıb. Oyun “atlılar”ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Qarabağ” bundan əvvəl “Boluspor”la heç -heçə edib (0:0) və “Ayaks”a uduzub (0:2).
U-12 komandası sabah daha 5 oyun keçirəcək.