UEFA “Qarabağ”ın hücumçusu Reynaldoya verilən cəzanı açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin rəsmi saytının verdiyi xəbərə görə, III təsnifat mərhələsində “Zalsburq”la ilk görüşdə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edən braziliyalıya 1 oyun cəza verilib.
Avstriyada oynanılan matçı buraxdığını nəzərə alsaq, Reyanldo cəzasını başa vurub.
O, belə olan halda pley-off mərhələsində “Tvente” ilə keçiriləcək oyunlarda meydana çıxa biləcək.
Daha öncə Reynaldonun iki oyunluq cəzalandığı xəbəri yayılmışdı