Kateqoriyasız

“Qarabağ” “Sileks” qarşısına ciddi itki ilə çıxacaq

Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edəcək “Qarabağ” oyuna ciddi itki ilə çıxacaq.

Komandanın yarımmüdafiəçisi Qara Qarayev görüşün iştirakçısı olmayacaq. Buna onun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində “Düdelanj”la Bakıda keçirilmiş matçda (1:1) qırmızı vərəqə alması səbəb olub. İki sarı vərəqədən sonra meydanı tərk edən 27 yaşlı futbolçunun cəzası bir oyundu.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43