“Qarabağ”ın futbolçusu Pedro Enrike sıradan çıxıb.
İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu Premyer Liqanın 10-cu turunun hazırda “Səbail”lə davam edən matçında ayağından zədə alıb.
Onun yerinə görüşün 26-cı dəqiqəsində Dani Kintana meydana çıxıb.
Yarımmüdafiəçinin son durumuna müayinədən sonra aydınlıq gələcək.