“Bazel”lə oyunda zədələnərək meydanı tərk edən Xayme Romeronun durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə İdmanxeber.az-a bildirib ki, ispaniyalı yarımmüdafiəçinin zədəsi ciddidi. Onun azı 6 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir. Bu isə o deməkdir ki, Romero Konfrans Liqasının qrup mərhələsindəki oyunlarında “Qarabağ”a kömək edə bilməyəcək.
Qeyd edək ki, Romero “Bazel”lə matçın fasiləsində əvəzlənmişdi.