`Qarabağ` `Sumqayıt` üçün yığışır. Premyerliqanın XXVI turunun qarşılaşması üçün komanda bugün tam heyətlə məşqlərə başlayır. Komandanın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun ¼ final mərhələsində `Bakı`yla qarşılaşmadan sonra komandaya 1 günlük istirahət vermişdi. Bugündən isə komanda sumqayıtlılarla görüşə hazırlaşacaq.
Bugünə komandanın 1 məşqi nəzərdə tutulub. Komanda 16:30-da günün yeganə çalışmasına çıxacaq. Martın 18-də, Sumqayıtda baş tuatacaq qarşılaşmanın başlama saatı da müəyyənləşib. `Kapital-Arena`dakı görüş 16:00-da baş tutacaq.