Kateqoriyasız

“Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində – Yenilənib

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrədə “Sürix”lə qarşılaşıb. “Letsiqrund” stadionunda oynanan görüş 2:2 hesabı ilə başa çatıb.

Bakıdakı ilk qarşılaşmada “köhlən atlar” rəqibinə 3:2 hesabı ilə qalib gəlmişdi.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

27 iyul

21:00. “Sürix” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) 2:2

Qollar: Maksim Medvedev, 4-avtoqol (1:0), Kadi Borqes, 50 (1:1), Santini, 90+5 (2:1), Ovusu Kvabena, 98 (2:2)

Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland)

Sürix, “Letsiqrund” stadionu.

İlk oyun – 2:3

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43