“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda İsveçrə “Sürix”i ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma üçün 23 min bilet satılıb.
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.