“Qarabağ” “İnter”lə matçda son saniyələrdə vurulan haqlı qolu qeydə almayan çexiyalı baş hakim Mioslav Zelinka və onun briqadasından UEFA-ya şikayət etməyə hazırlaşır.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi quruma ünvanlayacağı şikayət əsasən heç bir qayda pozuntusu olmadan qeydə alınmayan qol və mərhələ şansının əldən getməsi olacaq.
UEFA-ya ediləcək etiraz ən yaxşı halda baş hakimin cəzalanması ilə nəticələnə bilər. Matçın nəticəsinin ləğvi isə demək olar ki, inandırıcı deyil