Topaz Premyer Liqasının 10-cu turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun yeri dəyişdiriləcəyi təsdiqlənib.
İdmanxeber.az-ın xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) saytı məlumat yayıb.
“Qarabağ” PFL-ə müraciət ünvanlayıb. Müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.
Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:
I Divizionun IX turunun “Qarabağ-2” – MOİK qarşılaşması noyabrın 2-si “Azersun Arena”da oynanılacaq.
Topaz Premyer Liqasının X turunun “Qarabağ” – “Sumqayıt” görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.