“Qarabağ” Avropa Liqası liqa mərhələsinin ilk turunda səfərdə “Tottenhem”lə qarşılaşacaq.
Ağdam klubu Londonda baş tutacaq görüşdə dəstəksiz qalmayacaq. Bu barədə İdmanxeber.az saytına “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, qonaq tribuna üçün artıq 500-dən çox bilet satılıb. Oyun gününə qədər bu rəqəmin artacağı ehtimal edilir.
Xatırladaq ki, “Tottenhem” – “Qarabağ” görüşü ayın 26-da, saat 23:00-da start götürəcək.