Türkiyənin “Samsunspor” klubunun futbolçusu Ahmet Saqat “Qarabağ”da çıxış edə bilər.
İdmanxeber.az xəbər verir ki, bu barədə “Ajanspor” məlumat yayıb. 27 yaşlı oyunçunun Ağdam klubunun diqqətində olduğu bildirilib.
“Köhlən atlar”la yanaşı, Belçika təmsilçisi “Mexelen” də türkiyəli oyunçu ilə maraqlanır. Azərbaycan klubunun bu transferdə israrlı olduğu vurğulanıb.
Qeyd edək ki, Ahmet Saqat ötən il “Menemenspor”dan “Samsunspor”a keçib.