Türkiyənin məşhur media orqanlarından “Milliyet” qəzetinin “İlin idman mükafatları-2017” tədbiri keçirilir.
İdmanxeber.com-un məlumatına görə, “İlin komandası” mükafatına namizədlər arasında “Qarabağ”ın da adı olub. Lakin bu nominasiyada ilk yerə “Fənərbaxça”nın basketbol komandası layiq görülüb. “Qarabağ” isə “Jüri” xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubun vitse-prezidenti Tahir Gözələ Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib.
Qeyd edək ki, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov da tədbirdə iştirak ediblər.