Topaz Premyer Liqasının VI turu çərçivəsində “Rəvan” “Qarabağ”ı qəbul edəcək.
Klubun rəsmi saytının verdiyi məlumata görə, sentyabrın 13-də “Bayıl Arena”da keçiriləcək görüşdə cari mövsümdə ev oyunlarında qələbəyə həsrət olan paytaxt təmsilçisi 3-cü cəhddə uğursuzluğa son qoymaq niyyətindədir.
“Qarabağ” ilə “Rəvan”ın yolu indiyə qədər 4 dəfə kəsişib. 2 matçda heç-heçə qeydə alınıbsa, digər 2 dueldə ağdamlılar zəfər çalıb.
Maraqlı məqam ondan ibarətdir ki, bu komandaların hər mövsümün birinci dueli heç-heçə yekunlaşır.
Komandalar arasında ölkə çempionatında baş tutan oyunları diqqətinizə çatdırırıq:
16.10.2011 “Rəvan” – “Qarabağ” 1:1
16.12.2011 “Qarabağ” – “Rəvan” 2:0
24.08.2012 “Qarabağ” – “Rəvan” 0:0
22.02.2013 “Rəvan” – “Qarabağ” 2:3