UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri davam edir.
İdmanxeber.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da bu gün növbəti oyununa çıxıb. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Polşa “Rakuv”unu qəbul edib.
Səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olan Ağdam klubu bugünkü görüşdə heç-heçə edərək (1:1) ÇL-də mübarizə dayandırıb. “Köhlən atlar” yoluna Avropa Liqasının III təsnifat mərhələsində davam edəcək.
Təmsilçimiz AL-in III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılacaq.
Avropa Liqasında oyunlar 10-17 avqust tarixində keçiriləcək.
2 avqust
Çempionlar Liqası, II təsnifat mərhələsi
20:00 Qarabağ – Rakuv – 1:1