Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 18-də Bakıda “Qarabağ”ın qonağı olacaq Fransanın “Sent Etyen” klubu ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, komandanın yarımmüdafiəçisi Romen Hamouma dünən “Kan”a qarşı keçirilən ölkə çempionatının oyununda zədə alıb. Onun “Qarabağ”la Bakıdakı oyunu buraxacağı gözlənilir.
Futbolçu bu gün tibbi müayinədə keçəcək və durumuna tam olaraq aydınlıq gələcək.
Qeyd edək ki, “Sent Etyen”in kapitanı da zədəlidi və o, Azərbaycana gəlməyəcək.