“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Rudar” bir futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, Monteneqro çempionu Nemanya Muyskoviçin komandadan getməsinə mane ola bilməyib.
22 yaşlı müdafiəçi Makedoniyanın “Vardar” klubu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Myuskoviç 2 il idi ki, “Rudar”ın şərəfini qoruyurdu.