Kateqoriyasız

“Qarabağ” üçün tanış hakim

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə oyununu ukraynalı FIFA referisi Nikolay Balakin idarə edəcək. Ona Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrey Kovalenko yerinə yetirəcək.

31 yaşlı referi karyerasında ikinci dəfə Çempionlar Liqasının görüşünə təyinat alıb. Balakin indiyə qədər 18 beynəlxalq matç idarə edib.

O, 2017/18 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin “İnter” (Bakı) – “Mladost” (Luçani, Serbiya) cavab matçında (2:0) baş hakim olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43