26 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ” UEFA klub reytinqində gerilədi

Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərinin bu həftə keçirilən matçlarından sonra UEFA klub reytinqi yenilənib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” “Ayaks”a məğlub olması (0:3) bir pillə geriləməsinə səbəb olub.

Qurban Qurbanovun komandası UEFA reytinqində “Ferentsvaroş”la 58-ci pilləni bölüşür. Hər iki komandanın hesabında 32,000 xal var.

Qeyd edək ki, sıralamaya 130 xalla “Mançester Siti” liderlik edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43