UEFA-nın rəsmi saytı “Qarabağ”ın Avroliqanınqrup mərhələsində oynayacağı oyunların başlama saatını açıqlamışdı.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun ev matçları 22:00-da start götürməlidi. Ancaq “Qarabağ” bu vaxtla razılaşmaq niyyətində deyil. Belə ki, Ağdam təmsilçisi oyunların 1 saat daha erkən keçirilməsi üçün çalışır və buna görə UEFA-ya rəsmi müraciət edib.
Qurum məsələyə yaxın günlərdə öz rəsmi mövqeyini açıqlayacaq.