26 Dekabr 2024
Ölkə futbolu

“Qarabağ” ukraynalı futbolçu üçün hərəkətə keçdi

“Şaxtyor”un futbolçusu Aleksey Kaşuk yenidən Azərbaycana qayıda bilər

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” və “Sabah” futbolçunun xidmətində maraqlıdır. Komandalar 23 yaşlı yarımmüdafiəçini heyətlərinə cəlb etmək niyyətindədir.

Ancaq Azərbaycan klubları ilə yanaşı, “Bazel” də Kaşuku transfer etmək istəyir. Aleksey 2022/2023 mövsümündə icarə əsasında “Sabah”ın formasını geyinib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43