Qazaxıstan millisinin futbolçusu Nurali Alip karyerasını Azərbaycanda davam etdirə bilər
İdmanxeber.az-ın “euro-football.ru”ya istinadən məlumatına görə, hazırda icarə əsasında “Zenit”də çıxış edən futbolçu müqaviləylə “Kayrat”a məxsusdur.
Mənbə bildirir ki, oyunçunu heyətinə qatmaq istəyən 3 kulub var. Bunlar “Qarabağ”, “Neftçi” və Rusiyanın “Pari Nijni Novqorod” komandalarıdır.
Qeyd edək ki, “Kayrat”la müqavilə müddəti 2023-cü ilin sonuna qədər olan Nurali Alipin transfer dəyəri 1,2 milyon avrodur. 22 yaşlı müdafiəçi Peterburq klubunun heyətində 14 oyun keçirib.