13 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ” və “Neftçi”nin legionerləri milliyə dəvət aldı

Monteneqro yığmasına dəvət alan futbolçuları siyahısı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Robert Prosineçki “Qarabağ”ın zədəli müdafiəçisi Marko Veşoviç və “Neftçi”nin yarımmüdafiəçisi Ervin Kuts da heyətə çağırıb.

“Köhlən atlar”ın Monteneqrodan olan digər zədəli üzvü Marko Yankoviçə isə dəvət göndərilməyib.

Komanda UEFA Millətlər Liqasının B Divizionunda İslandiya və Uelslə üz-üzə gələcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43