09 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” və “Neftçi”nin oyunlarını FIFA referiləri idarə edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun təyinatları bəlli olub.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Araz Naxçıvan” – “Qarabağ” və “Neftçi” – “Turan Tovuz” matçlarını FIFA referiləri idarə edəcəklər.

Qarşılaşmaların baş hakimləri müvafiq olaraq Elçin Məsiyev və Əliyar Ağayev olacaq.

Azərbaycan Premyer Liqası, I tur

2 avqust

20:00. “Araz Naxçıvan” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Liv Bona De Arena”

3 avqust

18:30. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov

VAR: Cavid Cəlilov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”

20:45. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev

VAR: Rauf Cabbarov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Mehdiyev

Mehdi Hüseynzadə adına stadion

4 avqust

17:30. “Şamaxı” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

VAR: Tural Qurbanov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Şamaxı şəhər stadionu

20:00. “Zirə” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43