Albaniya prezidenti İlir Meta ölkəmizə səfər edib.
Səfər çərçivəsində ölkəmizdə çıxış edən albaniyalı futbolçular – Ansi Aqolli (“Qarabağ”) və Sabien Lilay (“Qəbələ”) ölkə başçısı ilə görüşmək imkanı əldə ediblər. Futbolçular görüşə görə ölkə başçısına təşəkkür ediblər.
Qeyd edək ki, İ.Meta martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.