Misli Premyer Liqası X turunda ən çox azarkeş qeydə alınan oyunlar bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Tovuzda keçirilən “Kəpəz” – “Qarabağ” və “Sumqayıt” – “Turan Tovuz” görüşlərini tirbunalardan 1500 azarkeş izləyib.
Tamaşaçıların az maraq göstərdiyi matç isə “Şamaxı” – “Araz Naxçıvan” qarşılaşmasında olub. Oyunu 500 azarkeş izləyib.
Digər iki görüşdə qeydə alınan tərəfdar sayısı belədir:
“Neftçi” – “Səbail” – 1365
“Zirə” – “Sabah” – 800