Kateqoriyasız

“Qarabağ” və “Zaqatala”dan qələ

Azərbaycan birinci divizionunda 18-ci tura start verilib.

İlk oyun günündə üç görüş keçirilib.

Lider “Səbail-2” səfərdə “Zaqatala”ya məğlub olub. “Sabah”la “Neftçi”nin əvəzedicilərinin duelində qalib müəyyənləşməyib. “Qarabağ”ın əvəzediciləri isə “Qaradağ Lökbatan” üzərində qələbəyə sevinib.

5 mart

“Zaqatala” – “Səbail-2” – 2:0
Qol:
 İbrahim Qədirzadə, 45. Ramin Əhmədov, 77.

“Sabah-2” – “Neftçi”-2 1:1
Qol:
 Zahid Mərdanov, 45+3-pen – Hüseyn Hüseynzadə, 74.

“Qarabağ-2” – “Qaradağ Lökbatan” – 2:0
Qol:
 Cavid Bayramov, 31. Elvin Talıbov, 63.

Bu nəticələrdən sonra “Səbail-2” 35 xalla liderdir. “Turan Tovuz” 34 xalla 2-ci, “Sabah-2” 32 xalla 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43