UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 22-də, saat 21:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Valetta” (Malta) oyununun hakimləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.
Məlumatda bildirilir ki, qarşılaşmanın baş hakimi Aleksander Harkam olacaq. Baş hakimin köməkçiləri Andreas Uitşniq və Andreas Staudingerdi. Dördüncü hakim isə Rene Eysner olacaq.
UEFA nümayəndəsi Adrian İxari (Makedoniya), hakim-inspektor Levan Paniashvili (Gürcüstan) təyin olunub.
Maraq üçün qeyd edək ki, “Qarabağ” – “Valetta” cütünün qalibini üçüncü təsnifat mərhələsində məhz bu hakimlərin həmyerliləri – Avstriya “Zalsburq”u gözləyir.