23 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” və “Neftçi” azarkeşləri klublarını ziyana saldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

17 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının III turunun “Neftçi” – “Simurq” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 42-ci dəqiqəsində “Neftçi” klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

Oyunun 8, 31 və 73-cü dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

 “İnter” – AZAL matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 “Qarabağ” – “Xəzər Lənkəran” oyununun 26-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

19 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının III turunun “Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43